“Rusiya erməni cəmiyyətinə mesaj verməyə çalışır ki….” – AÇIQLAMAbackend

“Rusiya erməni cəmiyyətinə mesaj verməyə çalışır ki….” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın Azərbaycan-Ermənistan sərhədində “rus qoşunlarının yerləşdirilməsi” ilə bağlı çağırışına rədd cavabı verən Rusiyanın öz hərbiçilərini Qazaxın Ermənistan tərəfindən işğal altında olan Əskipara kəndinə yerləşdirməsi Rusiyanin yeni siyasi taktikasıdır”.

Bu sözləri Editor.az-a açıqlamasınsa politoloq Samir Hümbətov deyib.

Politoloqun sözlərinə görə, Rusiya Paşinyanın təklifini rədd edərək daha sonra belə bir addım atmaqla onu göstərməyə çalışır ki, guya rus qoşunları bu ərazilərə Paşinyanın təklifi ilə gəlmir:

“Rusiya erməni cəmiyyətinə mesaj verməyə çalışır ki, Paşinyanın istəklərini deyil, öz maraqlarını güdür. Son zamanlar Rusiya-Ermənistan münasibətlərində də gərginlik müşahidə edilir. Son günlər Azərbaycan tərəfindən Qazaxın Ermənistanın işğal etdiyi 7 kəndinin və Naxçıvanın bir kəndinin geri qaytarması məsələsi tez-tez gündəmə gətirilir. Rusiyanın öz hərbiçilərini Qazaxın işğal altında olan ərazisində yerləşdirməsi bu ərazilərin Azərbaycana qaytarılması məqsədini daşımır. Rusiya hələ ki, sözügedən ərazilərin Azarbaycana qaytarılması niyyətində deyil. Məsələ tez-tez gündəmə gətirildiyinə görə Rusiya aralıq mövqe tutduğunu nümayiş etdirmək məqsədilə öz hərbiçilərini həmin ərazilərdə yerləşdirib. Əgər münbit şərait yaranacaqsa və bu kəndlərin Azərbaycana verilməsi Rusiya üçün məqsədəuyğun olacaqsa, o halda həmin kəndlər Azərbaycana geri qaytarılacaq. Əks halda Rusiya “əraziləri qorumaq” adı altında öz qoşunlarını orada saxlayacaq”.

Samir Hümbətov qeyd edib ki, Ermənistan ərazisində Türkiyə və İranla sərhədləri qoruyan rus qoşunları var:

“Hesab edirəm ki, bir müddət sonra Azərbaycan-Ermənistan sərhədini də Ermənistan tərəfdən rus hərbiçiləri qorumağa başlayacaq. Ola bilsin ki, Qazaxda rus qoşunlarının yerləşdirilməsi bu istiqamətdə Rusiyanın ilk addımıdır və bununla da bir növ Azərbaycan tərəfinin bu məsələdə mövqeyinin öyrənməyə çalışır”.

//Gülnarə Abasova, Editor.az