Avqustun 24-nə keçən gecə Yerevan “Zvartnots” hava limanının sərhəd xidməti “Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyəti”nin rəhbəri Viktor Krivopuskovu ölkə üçün arzuolunmaz şəxs adlandıraraq, ölkəyə buraxmayıblar.
Editor.az bildirir ki, bu barədə cəmiyyətin rəhbəri özü məlumat verib. “Məni ölkəyə buraxmadılar, Ermənistan üçün arzuolunmaz olduğunu bildirdilər, pasportumu əlimdən aldılar. Mənə rəsmi kağızı göstərmədilər, amma başa düşürəm ki, mənim üçün sərhədi açmasalar, pasportumu qaytarmayacaqlar.
Dedilər ki, bu gün Moskvaya qayıdın”, – Krivopuskovu deyib. Xatırladaq ki, Viktor Krivopuskov 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinə rəhbərlik edib və eyni zamanda Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri olub. Bundan əvvəl Ermənistan Dövlət Dumasının deputatı Konstantin Zatulin, media meneceri Aram Qabrelyanov, RT və Sputnik-in baş redaktoru Marqarita Simonyanın da ölkəyə girişinə qadağa qoyulub.
//Samir Qurbanov, Editor.az