Rusiya Ermənistana qarşı hərəkətə keçəcək- ŞƏRHbackend

Rusiya Ermənistana qarşı hərəkətə keçəcək- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi əlbəttə ki, Rusiyada kəskin narahatlıqla qarşılanıb”.

Bunu politoloq Məhəmməd Əsədullazadə Editor.az-a 15-24 iyul tarixlərində İrəvanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə keçiriləcək “Eagle Partner” hərbi təlimləri barədə fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın Qərbə yaxınlaşması,  NATO ilə əməkdaşlığı ABŞ ilə hərbi əlaqələri Moskvanın Paşinyan hakimiyyətinə qarşı təzyiqləri artırmasına səbəb olacaq:

“Xüsusilə  “Eagle Partner” hərbi təlimlərinin də keçirilməsi Rusiya üçün gözlənilməz prosesdir. Digər tərəfdən ABŞ Gürcüstanla hərbi əməkdaşlığı dayandırıb və onla keçirəcəyi təlimləri də təxirə salıb. Görünən odur ki, Vaşinqton Ermənistanla ilk yola çıxıb. Hesab edirəm ki, Rusiya Ermənistana qarşı iqtisadi, siyasi və enerji sahəsində ciddi sanksiyalar tətbiq edərək təzyiqləri artıracaq. Bu gün Ermənistan iqtisadiyyatının inkişafı Rusiya ilə əlaqələrdən qaynaqlanır. Bunu Moskva tərəfi dəfələrlə Nikol Paşinyana xatırladıb. Hesab edirəm ki, artıq Rusiya Ermənistana qarşı hərəkətə keçəcək”.

//Gülnarə Abasova, Editor.az