Rusiya qazının Ermənistana tədarükü müvəqqəti olaraq dayandırılıb.
Editor.az bildirir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti yazıb. Tranzitin dayandırılmasına səbəb Gürcüstan ərazisində təcili bərpa işləri ilə bağlıdır.
Noyabrın 13-ü saat 10:00-dan qaz verilmir. Qeyd olunur ki, işlər Şimali Qafqaz – Transqafqaz tranzit qaz kəmərinin Qazaxıstan-Saquramo hissəsində aparılır. Şirkətdən əlavə ediblər ki, qazın verilişi noyabrın 14-ü saat 22:00-dək bərpa olunacaq. Hələlik qaz təchizatı ehtiyatlar və İrandan gələn qazın əlavə həcmləri hesabına həyata keçirilir.
//Samir Qurbanov, Editor.az