“Rusiya Ermənistana təzyiq etməklə  Avropa İttifaqını danışıqlar prosesindən uzaqlaşdırmağa çalışır”- Politoloqbackend

“Rusiya Ermənistana təzyiq etməklə  Avropa İttifaqını danışıqlar prosesindən uzaqlaşdırmağa çalışır”- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlum olduğu kimi 8-9 iyun 2022-ci il tarixində Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ermənistanın paytaxtı İrəvan şəhərində rəsmi görüşdə olub. Bu səfər Sergey Lavrovun Türkiyəyə səfərindən sonra baş tutdu və Türkiyədə müzakirə olunan məsələlər içərisində Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutan məsələlər də var idi. Bu baxımdan Türkiyə və Ermənistanda müzakirələrdən sonra Lavrovun Azərbaycana səfər edəcəyi gözlənilən idi”.

Bu fikirləri Editor.az-a Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, Rusiya xarici işlər nazirinin Azərbaycana səfər qovluğunda Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutulan məsələlərlə yanaşı, Azərbaycan-Rusiya ikitərəfli münasibətləri ilə bağlı məsələlər də var:

“Məsələ orasındadır ki, Azərbaycan – Ermənistan münasibətlərinin inkişaf etdirilməsi məsələsində indiki halda Rusiyadan asılı çoxlu məsələlər var. İlk növbədə, Rusiya Ermənistana təzyiq etmək vasitəsi ilə Avropa İttifaqını danışıqlar prosesindən uzaqlaşdırmağa çalışır. Kommunikasiya xətlərinin açılması məsələsi və burada Rusiyanın maraqlarının yerinə yetirilməsi Rusiyanın xüsusilə diqqət mərkəzindədir. Bu baxımdan Lavrovun Bakıya səfər proqramının zəngin olacağı proqnozlaşdırıla bilər. Azərbaycan heç bir halda Ermənistanla münasibətdə öz prinsiplərindən əl çəkməyəcək. Son zamanlar Lavrovun İrəvanda verdiyi müsahibə zamanı yanlışlıqla işlətdiyi ifadələrə ciddi cavabların verilməsi dediyimizin sübutudur. Rusiyanın da bu gün Azərbaycana təzyiqetmə vasitələri sıfra bərabərdir. Beləliklə, Azərbaycan həmişə olduğu kimi bu dəfə də Rusiya XİN rəhbərinin səfərini öz mənafeyi naminə istifadə edəcək”.

//Gülnarə Abasova, Editor.az