Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanla həm ikitərəfli, həm də inteqrasiya prosesləri vasitəsilə əməkdaşlığı inkişaf etdirməyə davam edir.
Bu barədə o, Rusiya Xarici Kəşfiyyat Xidmətinin Yerevanın Rusiya taxılından imtina edərək Ukrayna taxılının xeyrinə Moskvanı “açmaq” planları ilə bağlı açıqlamasında bəhs edib: “Biz bunu etməyə davam edəcəyik (əməkdaşlığı inkişaf etdirəcəyik). Ən yüksək səviyyədə tez-tez təmaslar baş tutur”, – deyə Peskov jurnalistlərə bildirib. “İkitərəfli əməkdaşlıq gündəliyində bir çox məsələmiz var. Ümid edirik ki, bu əməkdaşlıq davam edəcək”, – deyə Kremlin sözçüsü qeyd edib.
Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Ukraynaya kömək etmək üçün Ermənistan Rusiya taxılını Avropa Birliyi tərəfindən maliyyələşdirilən daha bahalı Ukrayna taxılı ilə əvəz etmək niyyətindədir.
Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan bu məlumatı tamamilə cəfəngiyat adlandırıb.
//Samir Qurbanov, Editor.az

