Rusiya Ermənistandan hərtərəfli izahat tələb edirbackend

Rusiya Ermənistandan hərtərəfli izahat tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın müvafiq bəyanatlarından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dayandırılması ilə bağlı Ermənistanın mövqeyinin hərtərəfli izahatını gözləyir.

Moskva ondan irəli gəlir ki, İrəvan KTMT-nin tamhüquqlu üzvü olmaqda davam edir və üzvlüklə bağlı bütün hüquq və öhdəliklərə malikdir.

Departament vurğulayıb ki, Ermənistanın KTMT tədbirlərində iştirakı azalıb və bu, Rusiya Xarici İşlər Nazirliyinin fikrincə, erməni xalqının maraqlarına cavab vermir. “Biz Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsində və təşkilatın özündə iştirakının dondurulması ilə bağlı bəyanatlarının arxasında nəyin dayandığı barədə ikitərəfli kanallar vasitəsilə hərtərəfli izahat gözləyirik”, – deyə diplomatik departamentdən bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın “France 24” telekanalına müsahibəsində Rusiya hakimiyyətinin mövqeyini tənqid edib və Ermənistanın KTMT-də iştirakını “dondurduğunu” bəyan edib. Onun sözlərinə görə, bir neçə ay əvvəl Rusiya “açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırıb”.

KTMT Katibliyi Ermənistandan müvafiq açıqlama almadığını bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Vladimir Putin onun bəyanatlarından sonra b Paşinyanla əlaqə saxlamayıb.

//Samir Qurbanov, Editor.az