Rusiya Ermənistanı cəzalandırmaqda davam edirbackend

Rusiya Ermənistanı cəzalandırmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Ermənistana təzyiqlərini davam etdirir. Bu dəfə prezident Vladimir Putinin mümkün həbsi və Nikol Paşinyanın Şimali Atlantika Alyansı ilə təlimlərdə iştirak etmək qərarı ilə bağlı xəbərlərdən sonra Moskva bu ölkədən yük maşınlarının ölkəyə girişini qadağan edib.

Editor.az xəbər verir ki, parlamentin “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan “Facebook”da bildirib ki, yeni qadağa barədə məlumatı bir neçə gündür kənd təsərrüfatı məhsulları ilə Gürcüstan ərazisindən Rusiyaya gedə bilməyən sürücülər və fermerlər verib.

“Gürcüstanda deyirlər ki, Rusiya tərəfi Ermənistan yük maşınlarının ölkəyə girişini qadağan etmək qərarına gəlib”, – məlumatda deyilir. Bununla bağlı sərhəddə növbələr yaranıb və Moskva heç bir izahat belə verməyib. “İstixanalara böyük ziyan dəyə bilər. Qarşıdakı aylarda isə ərik və digər meyvələrin mövsümü başlayanda kənd təsərrüfatının bu sahəsi tamamilə təhlükə altında ola bilər”, – siyasətçi bildirib.

//Samir Qurbanov,Editor.az