Rusiya Ermənistanı necə cəzalandıracaq? – Düşməni məhvə aparan xəyanətbackend

Rusiya Ermənistanı necə cəzalandıracaq? – Düşməni məhvə aparan xəyanət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan əleyhinə İrəvanda təşkil edilən etirazlar tək ona qarşı yox, eyni zamanda son on ildə Ermənistanda artmaqda olan antirusiya ovqatını çoxaltmaq üçün hazırlanmış aksiyalardır.

Bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən müxalifət bütün gücünü ortaya qoysa da məhz antirusiya açıqlamaları onların dövlətin başına keçmələri üçün əsas maneəyə çevriləcək. Lakin bunun əksinə olaraq Rusiya meyilli qüvvələr əhalinin dəstəyini qazanmaq üçün öz kurslarında kardinal dəyişikliyi etdilər. Belə ki, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr Ermənistanın rüsvayçı məğlubiyyətinə Moskvanın seyirçi mövqedən yanaşmasını səbəb göstərən kütlə mövqeyindən çıxış etməkdən başqa çarələri qalmadığını düşünürlər. Belə olmasaydı Ermənistanın baş naziri vəzifəsinə namizəd Vazqen Manukyan İrəvanın Azadlıq meydanındakı çıxışında açıq şəkildə Rusiyanı ittiham edib və Rusiyanın Ermənistana nəzarət etməsinin yolverilməz olduğunu bildirməzdi: “Heç birimiz 9 noyabrda imzalanan üçtərəfli bəyanatla razı deyilik. Lakin biz bunu ləğv edə bilmərik, çünki bütün bunların arxasında bizə lazım olmayan və hazır olmadığımız müharibə dayanır. Zəngəzurdan keçməli olan yollara, Ermənistandakı bütün yollara yalnız və yalnız Ermənistan Respublikası tərəfindən nəzarət olunmalıdır. Heç bir başqa ölkənin bizim yollarımıza nəzarət etmək hüququ yoxdur”.

Yeni namizədin açıqlamarıdan görünür ki, onlar Rusiyadan aslılığı tamam qoparmaq istəyirlər. Bu gün Ermənistanda antirusiya siyasətinin özünü biruzə verməsi aydındır ki, bir günün məhsulu deyil. Düzdür, Ermənistandakı bu hakimiyyət müharibəsi nə qədər soyuq olsa da erməni cəmiyyəti üçün o qədər qaynardır.

Müxalifət üsyan, qiyam və ya çevriliş yolu ilə hakimiyyəti dərhal ələ almağa hazırlaşmağa çalışır. Paşinyan və ətrafı artıq anlayırlar ki, İrəvandakı etirazları kənardan idarə edənlər kimlərdir, onlar qarşılarına hansı məqsədlər qoyublar və məramları nədir. Elə bu səbəbdən də Paşinyan “Qiyam olarsa, atəş açılacaq” xəbərdarlığı ilə müxalifətlə “demokratiya” oyunundan əl çəkərək, sərt davranışa keçməyə qərar verib. Lakin heç kimə sirr deyil ki, istənilən halda Ermənistandakı hakimiyyət dəyişikliyinin olub olmaması hazırki vəziyyətdə daha çox Rusiyanın istəyinə uyğun reallaşa bilər. Çünki məhz 10 Noyabrda imzalanan üçtərəfli bəyanatın imzalanmasını Rusiya Bakıdan istəmişdi, çünki bu saziş olmasaydı Azərbaycan Ordusu Xankəndini, Xocalını, Əsgəranı və digər tarixi torpaqlarımızı düşməndən azad etmək iqtidarında idi.

Proseslər bir növ Rusiyanın Ermənistanı yox olmaq təhlükəsindən xilas etdiyini düşünməyə əsas verir. Bu hadisələr fonunda ölkəni böhrandan çıxarmaq üçün real proqramı olmayan müxalifətin bugünkü bəyanatları, planları riskdən başqa bir şey deyil. Heç kəsə sirr deyil ki, Ermənistanın radikal-revanşist müxalifəti 4 aydır baş nazir Nikol Paşinyanın istefasına nail ola bilmir. Çünki yetərli sayda protest elektorat toplamağı bacarmır. Bu isə o anlama gəlir ki, cəmiyyətin əksəriyyəti opponentlərin müharibə, qan iyi verən mövqeyini bölüşmür, tələblərini dəstəkləmir. Fakt isə faktlığında qalır ki, Rusiya dövləti regionda formalaşmaqda olan yeni geosiyasi dinamikanın davam etməsində maraqlıdır. 11 yanvar Moskva görüşünün nəticələri də bunu təsdiq edir. Yeni geosiyasi dinamikanın davam etməsi üçün isə Paşinyanın hələ ki hakimiyyətdə qalması lazımdır. Bu isə Rusiyanın Ermənistan planlarına daxil bir məsələdir. Kreml isə bunu istəmirsə, Ermənistandakı revanşizm çağırışları iflasa məhkumdur.

II Qarabağ savaşından məğlub kimi ayrılan Ermənistan hazırda hakimiyyət savaşının düz ortasındadır. Bu savaş da ən azı Qarabağ müharibəsi kimi Ermənistanın dövlət və cəmiyyət dayaqlarını sökməkdə davam edir. Çünki keçmiş qaniçən rejim – uzun illər xalqına yalan danışan, münaqişənin davam etməsinə və ermənilərin səfalət içində yaşamasına səbəb olan eks Koçaryan və Sarkisyan xuntası, köhnə Qarabağ klanı hər fürsətdə yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Onlar müharibədəki ağır məğlubiyyətin bütün məsuliyyətini hazırkı baş nazir Nikol Paşinyanın üzərinə atmağa cəhd edirlər. Amma hər kəsə məlum olduğu kimi “Qarabağ klanı”na da çox yaxşı məlumdur ki, Azərbaycanın səbr kasasının da bir həddi var idi və bugünkü reallıq 30 il əvvəlkindən müqayisə edilməz dərəcədə fərqlənir. Ermənistan müxalifəti əgər xalqının gələcəyini düşünürsə, dövlət kimi mövcudluqlarını sürdürmək istəyirlərsə, bunun bir yolu qalır – Qonşularla ərazi iddialarından əl çəkməlisən. Əks halda Ermənistan cəmiyyətinin və dövlətinin əlsiz qalması qaçılmaz ola bilər. İmkan düşən kimi onların mövcudluğunu təmin edən bir ölkəni (Rusiya) dərhal silmək istəyən Ermənistan anlamır ki, regiondakı sabitliyə təhdid olan çağırışlar, çıxışlar ilk növbədə Rusiyanın əleyhinədir.

//milli.az