Rusiya Ermənistanın Avropa İttifaqına can atmasından narahatdırbackend

Rusiya Ermənistanın Avropa İttifaqına can atmasından narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəyindən narahatdır, çünki bu, onun Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.

Oxu.Az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Qruşkonun sözlərinə görə, Qərb ölkələri İrəvanı geosiyasi oyuna cəlb etməyə çalışır.

“Məlumdur ki, Ermənistan Aİİ-də iştirakı sayəsində dinamik mərhələlərlə inkişaf edir, İrəvan üçün bütün əsas sahələrdə iqtisadi artım müşahidə olunur. Bu, Qərbin Ermənistanı Rusiyadan və digər təbii müttəfiqlərindən qoparmaq məqsədilə özünün geosiyasi oyununa cəlb edəcəyi təqdirdə onun itirmək riski ilə üzləşəcəyi böyük sərvətdir”, – deyə A.Qruşko bildirib.

O vurğulayıb ki, Rusiya tərəfi bu məsələni erməni həmkarları ilə müzakirə edir.

Xatırladaq ki, Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanunu ikinci və yekun oxunuşda qəbul edib. Ermənistan