Rusiya Ermənistanın bütün “şıltaqlarına” səbrlə yanaşır: Bu nə vaxta qədər belə davam edəcək?-ŞƏRHbackend

Rusiya Ermənistanın bütün “şıltaqlarına” səbrlə yanaşır: Bu nə vaxta qədər belə davam edəcək?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın 2020-ci ildə Vətən müharibəsindəki hərbi məğlubiyyətindən sonra Rusiyaya qarşı atdığı addımlara, Rusiya səfirliyi qarşısındakı etiraz aksiyalarına, Paşinyanın antiRusiya açıqlamalarına, ölkəsinin KTMT-dəki iştirakını dondurduğunu bildirməsinə baxmayaraq rəsmi Kreml ona qarşı çox səbrli və təmkinli davranır. Əgər başqa ölkə Rusiyaya qarşı bu demarşları etsəydi, ən azı rus federal kanallarında həmin ölkəyə qarşı müharibə elan etmişdilər”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Politoloq Rusiyanın Ermənistana qarşı həddindən artıq səbr nümayiş etdirdiyi fikrindədir:

“Rusiya Ermənistanı itirməkdən çox qorxur. Belə ki, Rusiya göründüyü kimi Cənubi Qafqazda elə də güclü deyil. O anlayır ki, regionda ciddi dayağı yalnız Ermənistanda qalıb. Azərbaycan-Türkiyə birliyi kontekstində Rusiya artıq bunu yaxşı başa düşür. Gürcüstanda isə güclü Fransa təsiri artır. Belə ki, ruslar regiondakı yeganə rıçağını, yəni Ermənistanı itirməkdən çəkinir. Ona görə də İrəvanın bütün “şıltaqlıqlarına” səbrlə yanaşır. Ancaq bu nə vaxta qədər davam edəcək? Bu, İrəvanın sözdəki fikirlərini praktiki şəkildə reallaşdırana qədər davam edəcək. Bunu da zaman göstərəcək”

//Gülnarə Abasova, Editor.az