Rusiya Ermənistanın əli ilə Azərbaycan boru kəmərlərinə – ŞOK İDDİAbackend

Rusiya Ermənistanın əli ilə Azərbaycan boru kəmərlərinə – ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanın əli ilə Azərbaycan boru kəmərlərinə hücum hazırlayır.

Bu barədə Britaniyanın “The Express” nəşri yazı dərc edib.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycandan qazın nəql olunduğu boru kəmərlərini sıradan çıxarmaq üçün erməni hərbçilərinə təlim keçməyə icazə verəcək.

İngilis nəşrinə görə, çarəsiz Rusiya bunu Avropaya qaz axınının qarşısını almaq üçün planlayır. Bununla bağlı kəşfiyyat mənbələri xəbərdarlıq edir. Lakin sözügedən hücum çətin ki, iqtisadi dağıdıcı münaqişəyə son qoymaq istəyən və “sülh planı”nın çərçivəsini müəyyən edən Çin liderlərini sevindirsin.

“The Ekspress”in yazdığına görə, plan həm də onun nəticələrini müzakirə etmək üçün sonuncu Münhen Təhlükəsizlik Konfransına toplaşan NATO-nun yüksək səviyyəli nazirləri və hərbi komandirləri arasında narahatlıq yaradıb.

Nəşrin vurğuladığı kimi, Aİ-nin Rusiya tədarükündən uzaqlaşdırılması qərarından sonra Azərbaycan Avropa üçün getdikcə daha qiymətli təbii qaz mənbəyinə çevrilib. Mənbələrin dediyinə görə, bunun qarşısını almaq üçün Moskva öz xüsusi təyinatlılarına Ermənistanda nəzarət edə bilən qüvvələr yaratmağa icazə verib. Plan Xəzər dənizinin Azərbaycan sektorundakı Şahdəniz qaz yatağından təbii qazı Türkiyəyə və onun hüdudlarından kənara nəql edən Cənubi Qafqaz boru kəmərinə hücumu nəzərdə tutur.

Bildirilir ki, Moskva Azərbaycanın NATO-nun Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulmasından və 1994-cü ildə “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədini imzaladıqdan sonra getdikcə artan Qərb mövqeyindən narazıdır./Konkret.az