Rusiya Federasiyası Kursk vilayətinin səmasında üç “Ukrayna raketinin” vurulduğunu bildiribbackend

Rusiya Federasiyası Kursk vilayətinin səmasında üç “Ukrayna raketinin” vurulduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Kursk vilayətinin qubernatoru Roman Starovoit yanvarın 15-nə keçən gecə Kursk və bölgə üzərində hava hücumundan müdafiə sisteminin işə salındığını, daha sonra isə üç “Ukrayna raketinin” vurulduğunu bildirib.

Editor.az bildirir ki, bu barədə o, Telegram-da yazıb. “Kursk və Kursk vilayəti üzərində səmada hava hücumundan müdafiə sistemi işə düşüb. Sakinlərdən sakit olmağı xahiş edirəm!” Daha sonra Starovoit bəyan edib ki, ilkin məlumata görə, “3 Ukrayna raketi Fatej rayonu ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”. Səhər saatlarında Rusiya Müdafiə Nazirliyi “3 Toçka-U” raketinin Kursk vilayəti üzərində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini” bildirib.

//Samir Qurbanov, Editor.az