Rusiya Federasiyasının adı dəyişdiriləcək: Petisiya üçün lazım olan səslər yığılıbbackend

Rusiya Federasiyasının adı dəyişdiriləcək: Petisiya üçün lazım olan səslər yığılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın adının Muskoviyə dəyişdirilməsi ilə bağlı petisiya 25 min səs toplayıb. İndi buna rəsmi olaraq Ukrayna prezidenti baxmalıdır. Editor.az bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin saytında məlumat verilib.

Qeyd edək ki, müraciət Vladimir Zelenskinin saytına 23 noyabr 2022-ci ildə təqdim edilib. Onun müəllifləri rəsmi sənədlərdə “Rusiya” və “Rusiya Federasiyası” adlarının “Moskva” və ya “Moskva Federasiyası” kimi dəyişdirilməsini tələb edirlər. İmza toplanmasının bitməsinə 9 gün qalıb. Müraciət müəllifləri iddia edirlər ki, “Rusiya” adı 301 ildir mövcuddur, “Ukrayna” adı isə bundan 41 il əvvəl, 1680-ci ildə yaranıb. Müəlliflər hesab edirlər ki, adın dəyişdirilməsi tarixi ədaləti bərpa edəcək.

Platformanın qaydalarına əsasən, Ukrayna prezidenti Vladimir Zelenski öz saytında yerləşdirilmiş petisiyaya baxmalı və sənəd 25 min imza toplandıqdan sonra ona rəsmi cavab verməlidir.

  //Samir Qurbanov, Editor.az