Rusiya fevralın 24-ü üçün nə düşünür? Reznikov açıqladıbackend

Rusiya fevralın 24-ü üçün nə düşünür? Reznikov açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynaya genişmiqyaslı işğalın ildönümünə təsadüf etmək üçün yeni hücum vaxtını təyin edə bilər.

Editor.az bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib. BFMTV-yə müsahibəsində o, rusların “simvolizmdə yaşadığını” söyləyib və buna görə də fevralın 24-də nəsə etməyə çalışa biləcəyini qeyd edib.

Reznikov vurğulayıb ki, Ukrayna Rusiya Federasiyasını heç də aşağılamq istəmir. “300 000 (səfərbərlik) rəsmi olaraq elan edilib, lakin biz sərhədlərdə qoşunları görəndə, bizim hesablamalarımıza görə, onların sayı daha çoxdur”, – o əlavə edib. Nazir hesab edir ki, rus qoşunları iki istiqamətdə hücuma cəhd edə bilər: bu, Donbass, ya da cənub ola bilər: “Biz tərəfdaşlarımıza deyirik ki, biz də tez bir zamanda hazır olmalıyıq. Ona görə də düşməni çəkindirmək üçün silah lazımdır.

Çünki müharibədə hər şey təşəbbüslə həll olunur”, – Reznikov bildirib. O, həmçinin Ukraynanın tez bir zamanda “hava resursları” əldə etməsi və müttəfiq ölkələr tərəfindən tədarük olunacağı ehtimal olunan təyyarələr üçün ukraynalı pilotların hazırlanmasının vacibliyini qeyd edib.

  //Samir Qurbanov, Editor.az