Rusiya FHN Ağdamı minalardan təmizləyəcək – YENİLƏNİB + FOTObackend

Rusiya FHN Ağdamı minalardan təmizləyəcək – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün İl-76 təyyarəsi ilə Gəncə aeroportuna enib.

Bununla bağlı Oxu.Az-ın bölgə müxbiri məlumat yayıb.

 

12:10

Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdam rayonunda minalardan təmizləmə işləri aparacaq.

Bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən məlumat verib.

“Yanvarın 4-də Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi göyərtəsində xilasedicilərlə birlikdə Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub. Humanitar missiyanın bir hissəsi olaraq, pirotexniklər Ağdam rayonunda işləyəcəklər”, – deyə məlumatda bildirilib.

Minalardan təmizlənmədə “Lider” və Noqinsk Xilasetmə Mərkəzindən 20 pirotexnik, həmçinin robotlarla birlikdə üç kompleks də iştirak edəcək.