Rusiya FHN işçi qrupu Xankəndinə yollanıb – VİDEObackend

Rusiya FHN işçi qrupu Xankəndinə yollanıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Fövqəladə Hallar Nazirliyinin işçi qrupu Dağlıq Qarabağda yerli sakinlərə yardım göstərmək üçün Xankəndinə yollanıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Qrupa qurumun mərkəzi aparatının nümayəndələri, “Lider” Xüsusi Riskli Xilasetmə Mərkəzinin xilasediciləri, rabitəçilər və digərləri olmaqla 30 mütəxəssis daxildir.

Onlar özləri ilə birlikdə lazımi avadanlıqları və səhra düşərgəsi götürüblər.

Bundan başqa qrupun artırılması məsələsinə də baxılacaq. Bunun üçün Moskvadan uçuşa hazır vəziyyətdə gözləyən 150 xilasedici və aeromobil xəstəxana hazırlanıb.