Rusiya Futbol Federasiyası FİFA-nın və UEFA-nın sankisiyaları ilə bağlı İdman arbitraj məhkəməsinə (CAS) müraciət edəcək. Editor.az-ın Türkiyənin Sporx.com saytına istinadən verdiyi məlumata görə, Rusiya tərəfi sansiyaların və yarışdan kənarlaşdırılmaların hüquqa zidd olduğunu bildirir.
Qeyd edək ki, Rusiyanın əsas milli komandası Dünya Çempionatınnın “play off” mərhələsindən, qadınlardan ibarət komandası isə iyulda təşkil olunacaq mundialdan kənarlaşdırılıb.
Bundan əlavə UEFA Avropa Liqasında mübarizə aparan Moskvanın “Spartak” klubu da yarışlardan kənarlaşdırılıb. Onların rəqibi Almaniya təmsilçisi “Leipzinq”ə texniki qələbə verilib.
//Editor.az

