Rusiya Finlandiyanı hədələdi: NATO-ya girərsə…backend

Rusiya Finlandiyanı hədələdi: NATO-ya girərsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Finlandiya NATO-ya daxil olarsa, Rusiya üçün “hədəf”ə çevriləcək.

Bu barədə Rusiya Federasiya Şurası rəhbərinin müavini Vladimir Cabarov açıqlama verib.

Editor.az-ın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki,  “çətin ki, finlər öz ölkələrinin məhvini gətirəcək kartı imzalasınlar”.

“Finlandiya rəhbərliyi buna getsə, bu, strateji səhv olacaq. Və bütün bu illər ərzində Rusiya ilə sıx ticarət və iqtisadi əlaqələr sayəsində uğurla inkişaf edən Finlandiya hədəfə çevriləcək. Düşünürəm ki, bu, Fin xalqı üçün dəhşətli faciə olacaq”, – Cabarov bildirib.

//Editor.az