Rusiya Finlandiyanı səfirlik əməkdaşları ilə TƏHDİD ETDİbackend

Rusiya Finlandiyanı səfirlik əməkdaşları ilə TƏHDİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın Rusiyadakı səfiri Antti Helateraya Rusiya diplomatik missiyasının əməkdaşlarının ölkədən çıxarılması ilə bağlı etiraz ifadə edilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Diplomatik nümayəndəliyin rəhbərinə Aİ-nin anti-Rusiya sanksiyaları çərçivəsində rusiyalı əməkdaşların xaric edilməsi, Finlandiyanın Rusiyaya qarşı konfrontasiya kursu, o cümlədən Kiyevə silah tədarükü ilə bağlı kəskin etiraz edilib”, –  deyə departamentin bəyanatında bildirilir.

Moskva isə öz növbəsində Finlandiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarmaqla cavab verəcəyini bəyan edib.