Rusiya FTX-i Britaniyanın Moskvadakı səfirliyində casus tapıbbackend

Rusiya FTX-i Britaniyanın Moskvadakı səfirliyində casus tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Təhlükəsizlik Xidməti Britaniyanın Moskvadakı səfirliyində kəşfiyyat zabitinin gizli işlədiyini açıqlayıb.

Qaret Samuel Deyvis səfirliyin İnzibati və İqtisadi Departamentinin ikinci katibi vəzifəsində çalışıb. Onun akkreditasiyası ləğv edilib və ona iki həftə ərzində Rusiyanı tərk etmək əmri verilib.

Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dholakiyanı çağırıb və ona etiraz notası təqdim edib. Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya öz ərazisində elan edilməmiş Britaniya kəşfiyyat zabitlərinin fəaliyyətinə dözməyəcək. Xarici İşlər Nazirliyi həmçinin Londonun “vəziyyəti gərginləşdirəcəyi təqdirdə, Rusiya tərəfinin qətiyyətlə eyni şəkildə cavab verəcəyi” ilə hədələyib.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı Britaniya səfirliyinin Siyasi Departamentinin ikinci katibi Edvard Prayorun akkreditasiyasını ləğv edib.

FSB onu “Rusiyanın təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat fəaliyyətində” ittiham edib. 2025-ci ilin fevral ayında Britaniya hakimiyyəti diplomatın Rusiyadakı akkreditasiyasını ləğv edib.

//Samir Qurbanov, Editor.az