Rusiya FTX-si Ukrayna konsulunun saxlanılmasını əks etdirən görüntüləri yaydı – VİDEObackend

Rusiya FTX-si Ukrayna konsulunun saxlanılmasını əks etdirən görüntüləri yaydı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Federal Təhlükəsizlik Xidməti bu gün Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyukun Rusiya vətəndaşından məxfi məlumatlar alarkən saxlanılmasını əks etdirən görüntüləri yayıb.

TASS agentliyi FTX-nin yaydığı məlumata istinadən xəbər verir ki, ukraynalı diplomatı Rusiya Federasiyası vətəndaşlarının məlumat bazaları maraqlandırıb.

O, avtomobillərin qeydiyyat nömrələrini, FTX-nin məlumatlarını və cinayət işlərinin bazası ilə maraqlanıb.

“Bu hərəkətlər heç bir halda diplomatik statusa uyğun gəlmir. Bununla əlaqədar olaraq, beynəlxalq hüquq və beynəlxalq təcrübəyə uyğun olaraq bütün tədbirlər görüləcək və Rusiya Xarici İşlər Nazirliyinə məlumat veriləcək” – Federal Təhlükəsizlik Xidmətinin açıqlamasında qeyd olunur.

Xatırladaq ki, artıq Rusiya hökuməti Sankt-Peterburqdakı Ukrayna konsulu Aleksandr Sosonyuku ölkədən çıxarmaq barədə qərar qəbul edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Konsul 22 aprelə qədər Rusiya ərazisini tərk etməlidir.