Rusiya G20-nin sammitinə qatılarsa, ABŞ…backend

Rusiya G20-nin sammitinə qatılarsa, ABŞ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları Rusiyanın təmsil olunacağı G20 (“Böyük iyirmilik”) çərçivəsində bütün görüşlərdən imtina etməyə hazırlaşır.

Editor.az CNN-ə istinadən məlumat verir ki, ABŞ və Prezident Bayden hesab edir ki, təcavüzkar dövlət G20-də təmsil olunmamalıdır: “Bunu istisna etmək lazımdır və əgər İndoneziya Rusiya Federasiyasını dəvət etməkdə israr edərə, o zaman ABŞ sammitdə iştirakdan imtina edəcəklər”.

Bu haqda danışan ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, “Prezident Bayden açıq şəkildə deyib və mən də onunla razıyam ki, Rusiya artıq özünü heç bir şey olmamış kimi apara bilməz. O, Rusiyanın G20-dən xaric edilməsini istəyir və mən də İndoneziyadakı həmkarlarıma bəyan etdim ki, əgər ruslar orada olarsa, biz həmin görüşlərdə iştirak etməyəcəyik”.

Xatırladaq ki, martın sonunda Bayden Rusiyanın G20-dən xaric etməyi təklif etmiş və “Putinlə bir masa arxasında oturmaq” istəyinin olmadığını bəyan edən Avstraliyanın baş naziri də onu dəstəkləmişdi.

Bundan öncə isə “Bloomberg” ABŞ-ın Putini sammitə dəvət etməmək mövzusunda İndoneziyanı inandırmağa çalışdığı barədə xəbər vermişdi.

 Fərrux, Editor.az