Böyük Britaniyanın təhlükəsizlik naziri Den Jarvis Ukraynada müharibə başa çatdıqdan sonra Rusiya Federasiyasının G7-yə qayıtmasını istisna etməyib.
“The Times” qəzetinə müsahibəsində o, ABŞ prezidenti Donald Trampla razılaşıb ki, Rusiyanın beynəlxalq təcridinə yalnız sülh danışıqları yolu ilə son qoyula bilər. “Bu məsələ beynəlxalq müttəfiqlərlə müzakirə olunacaq. Şübhəsiz ki, bu məsələ Ukraynada münaqişənin bitdiyi anda nəzərdən keçiriləcək”, – nazir əlavə edib.
Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ lideri Trampla Moskvanı Ukraynaya qarşı müharibəni dayandırmağa inandırmaq üçün “kök və çubuq” yanaşmasından istifadənin mümkünlüyünü müzakirə edəcək. Beynəlxalq müttəfiqlərlə bütöv bir sıra söhbətlər olacaq. Baş nazir, əminəm ki, Rusiya və Ukrayna ilə bağlı bütöv məsələlər kompleksini müzakirə edəcək”- Jarvis deyib.
//Samir Qurbanov, Editor.az