Rusiya Dnepropetrovsk vilayətinin Krivorojski rayonunda “Qasırğa” reaktiv yaylım atəşi sistemlərindən atəş açıb. Editor.az xəbər verir ki, bu barədə Dnepropetrovsk OVA-nın rəhbəri Valentin Rizniçenko teleqram kanalında məlumat verib.
“Gecə həyəcan təbili çaldı və düşmən yenidən “Qasırğalar“dan Krivı Roq bölgəsinə zərbə endirib”, – məlumatda deyilir. Bildirilib ki, Rus qoşunları Qreçanopodevskaya və Şirokovskayaya zərbələr endirib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Şirokovskaya icmasında dağıntı var.
//Gülnarə Abasova, Editor.az

