Rusiya gəmilərinə dəniz dronları hücum edibbackend

Rusiya gəmilərinə dəniz dronları hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Müdafiə Nazirliyi iddia edir ki, avqustun 17-də axşam saatlarında Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçan aparat Qara dənizdə Rusiya gəmilərinə hücum etməyə cəhd göstərib.

Editor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi Telegram-da yazıb. “Bu gün (17 avqust – red.) saat 22:55-də Ukrayna Silahlı Qüvvələri Qara dənizin cənub-qərb hissəsində naviqasiyaya nəzarət üzrə tapşırıqları yerinə yetirən Qara dəniz donanmasının gəmilərinə uğursuz hücum cəhdi edib”.

Rusiya Müdafiə Nazirliyi dəniz qüvvələrinə məxsus pilotsuz təyyarənin hədəfinə çatmadığını iddia edi və bildirirb ki, o, “İnquisitiv” patrul gəmisi və “Vasili Bıkov” patrul gəmisi tərəfindən məhv edilib.

//Samir Qurbanov, Editor.az