Rusiya gəmisi Oxot dənizində buz “blokadsı”na düşdübackend

Rusiya gəmisi Oxot dənizində buz “blokadsı”na düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya bayrağı altında üzən tanker “Saxalin Island” Oxot dənizində, Hokkaydo adasından təxminən 24 km aralıda buz blokadasına düşüb.

Editor.az bildirir ki, bu barədə “Kyodo” agentliyi məlumat verib. Agentlik qeyd edir ki, gəminin heyəti Yaponiya tərəfinə mesaj çatdırıb. Yaponiya Sahil Mühafizəsi “Teshio” xilasedici buzqıran gəmini hadisə yerinə göndərib, lakin gecəyə qədər gəmini xilas etmək mümkün olmayıb.

Xilasetmə əməliyyatları yanvarın 30-da davam etdiriləcək.
Rusiya mediyasının məlumatına görə, tanker Kamçatkadan Naxodkaya üzüb və göyərtəsində 19 nəfər var. “Kyodo”nun məlumatına görə, ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Rusiyanın “Bering Boğazı” xilasedici gəmisi də xilasetmə işlərinə qoşulub.

//Samir Qurbanov, Editor.az