Rusiyanın “Ascalon” konteyner gəmisi bu gün Qara dənizdə Türkiyə sahil mühafizəsindən kömək istəyib.
Editor.az bildirir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsindən bildiriblər. “Rusiya bayrağı altında Tuzladan (İstanbul vilayəti) Rusiyaya üzən “Ascalon” konteyner gəmisi yerli vaxtla saat 02:30-da mühərrik problemi səbəbindən sahildən 35 mil uzaqlıqdan yardım istəyib”, – Türkiyə Sahil Mühafizəsinin məlumatında deyilir.
Türk səlahiyyətliləri rus dənizçilərinə kömək etmək üçün yedək gəmisi göndərib. Rus gəmisi təmir üçün Türkiyə tərsanələrindən birinə daşınacaq.
//Samir Qurbanov, Editor.az