Rusiya Federasiyası gizli səfərbərliyə başlayıb və Ukraynaya qarşı müharibəyə daha 60 minə yaxın əsgər cəlb etmək niyyətindədir.
Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının aprelin 4-də səhər yaydığı həmin məlumatda qeyd olunur ki, bu səfərbərlik zamanı RF-nın hərbi-siyasi rəhbərliyi döyüş təcrübəsi olan sıravi əsgərlərə, çavuşlara və zabitlərə daha çox üstünlük verir.
Səfərbərliyə cəlb olunanlar arasında isə Krasnodar diyarı, Perm diyarı, Dağıstan, İnquşetiya, Kalmıkiya respublikalarının sakinləri əksəriyyət təşkil edir. Baş Qərargah qeyd edir ki, maddi həvəsləndirmə ehtiyatda olan hərbçilər üçün əsas motivasiya amili olaraq qalır. Əhali də əmindir ki, Ukrayna ilə müharibənin iştirakçıları qənimətlər əldə etməklə – yəni soyğunçuluq və talançılıq yolu ilə maddi durumlarını yaxşılaşdıra bilərlər. “Yeni hərbi bölmələri anbarlardan çıxarılan köhnə silah və hərbi texnika hesabına həyata keçiriləcək, hansı ki, 30 ildən artıqdır ki, saxlanılır”, – məlumatda deyilir.
Editor.az

