Rusiya GİZLİNLƏRİ AÇDI: Türkiyə bu bölgə üçün HƏRƏKƏTƏ KEÇİRbackend

Rusiya GİZLİNLƏRİ AÇDI: Türkiyə bu bölgə üçün HƏRƏKƏTƏ KEÇİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada Raqqanın şimalında və Fərat çayının şərqində yerləşən Eyn-İsa qəsəbəsinə 150-dən çox Əsəd rejiminin hərbçilərini daşıyan 3 avtobus göndərilib.

Editor.az xəbər verir ki, bu, Türkiyənin əməliyyat üçün verdiyi siqnaldan və bunun ardınca Rusiya və YPG qüvvələrinin bölgədəki hərbi varlığını gücləndirmək üçün atdığı addımdan sonra baş verib.

Suriya İnsan Haqlarını Müşahidə Qrupunun əldə etdiyi məlumata görə, PKK/PYD terror qüvvələri Tal-Tamir və Əbu Rasin bölgəsinə qısa, orta və uzunmənzilli artilleriya birlikləri, raket atıcıları, ağır pulemyotlar və çox sayda silahlı qüvvə toplayıb. PYD-nin Türkiyənin əməliyyatına qarşı hazırlığını artırdığı və döyüş mövqeyi tutduğu bildirilib.

Bu arada, dünən baş verən proseslərdə Tal-Tamir bölgəsində yerləşən ABŞ qüvvələri hava məkanını pozan Rusiya təyyarələrini xəbərdar edən fişənglər atıb. Bu hərəkətlilik rejim qüvvələrinin 2019-cu ilin sonunda Əl-Həsəkə əyalətinin şimal-qərbindəki Tal-Tamir qəsəbəsinə yerləşdirilməsindən bəri ilk dəfədir.

Bu arada, Rusiya mediası Suriya və İraqda əsgərlərin daha 2 il qalmasına icazə verən qətnamədən sonra yeni iddialarla çıxış edib. Türkiyə Silahlı Qüvvələrinin Suriyada iki istiqamətli böyük əməliyyat keçirəcəyi iddia edilir. Bu əməliyyatın əvvəlcədən heç bir açıqlama verilmədən qəfildən başlayacağı qeyd edilir.

Publika.az