Bu gün günorta saatlarında Rusiya ordusu Sumu şəhərini bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə vurub. Nəticədə bir qadın həlak olub, yaralananlar var.
Məlumatı Sum vilayətinin hərbi administrasiyasının rəhbəri Oleg Qriqorov öz Telegram kanalında yayıb.
Onun sözlərinə görə, hücum zamanı Kovpakov rayonunda mülki infrastruktura ziyan dəyib. Xüsusilə, təhsil və tibb müəssisələrinin pəncərələri sınıb.
İlkin məlumatlara görə, PUA hücumları şəhərə saat 13:00-dan sonra başlayıb.
//Samir Qurbanov, Editor.az

