Rusiya Qara Dəniz Donanması üçün yeni məkan kimi Gürcüstan ərazisinin işğal olunmuş hissəsini – Rusiya qoşunlarının 1990-cı ildə qeyri-rəsmi olaraq daxil olduğu, indiki qondarma Abxaziya Respublikasını seçib.
Bununla bağlı Putinlə birgə sazişin imzalandığını qondarma respublikanın “prezidenti” Aslan Bjaniya oktyabrın 5-də “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onlar Rusiya donanmasının bazasını Oçamçira rayonunda yerləşdirmək istəyirlər. “Biz müqavilə imzaladıq və yaxın gələcəkdə Oçamçira bölgəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin daimi bazası olacaq”, – Bjaniya bildirib. Müsahibə ərəfəsində Bjaniya Putinlə “Sirius” təhsil mərkəzində (Soçi) danışıqlar aparıb.
Onların görüşü “Gürcüstan-Abxaz müharibəsində qələbənin 30 ili” bəhanəsi ilə baş tutub. Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin 7-ci birgə hərbi bazası rəsmən 2009-cu ildən Gürcüstan regionunda yerləşib.
//Samir Qurbanov, Editor.az

