Rusiya Gürcüstanda qələbə çalıb?- ” Onların praqmatik yanaşmaları var və başa düşürlər ki…”backend

Rusiya Gürcüstanda qələbə çalıb?– ” Onların praqmatik yanaşmaları var və başa düşürlər ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin acı nəticələrini nəzərə alaraq belə bir qərara gəlib ki, dünyada Qərblə Rusiya arasında bütün cəbhələrdə mübarizə gedir. O hesab edir ki, Gürcüstanda qalib gələn tərəf Rusiyadır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq Gürcüstanda hakim partiyanın yəni, qələbə çalan siyasi qüvvələrin Rusiya ilə dostluq yolunu seçməsi fikri ilə razılaşmır:

“Onların praqmatik yanaşmaları var və başa düşürlər ki, Avropa uzaqdadır, ancaq Rusiya yaxındır. Ona görə Rusiya ilə praqmatik münasibətlər qurmaq Gürcüstanın maraqlarına daha çox cavab verən bir addımdır. Bir tərəfdən onlar Avropadan uzaqlaşmaq istəməsələr də Avropa İttifaqının diktəsi ilə siyasi prioritet cızmaq fikrində də deyillər.

Ancaq hesab edirəm ki, Zelenski təcrübəli bir siyasətçi kimi başa düşür ki, Rusiya ilə açıq şəkildə müharibə aparmaq konkret nəticə vermir. Ancaq bu, kədərli son deyil. Gec-tez tərəflər stol arxasında əyləşib qərar qəbul etməlidirlər. İlk növbədə, atəşkəs elan olunmalıdır. Çünki vəziyyət onu göstərir ki, hələ ki, hər iki tərəf qələbə çala bilmir. Ancaq gedişat heç bir tərəfin məğlubiyyətinə də yol açmır. Bu halda ilk növbədə atəşkəsin elan olunması vacibdir, bunu da hər iki tərəf yaxşı başa düşür”.

//Gülnarə Abasova, Editor.az