Rusiya Gürcüstanı “3+3” platformasına dəvət etdibackend

Rusiya Gürcüstanı “3+3” platformasına dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“3+3” platformasının qapıları Gürcüstan üçün hələ də açıqdır.

Editor.az bildirir ki, bu açıqlama ilə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxış edib. İyunun 6-da SPİEF çərçivəsində Rusiya-Azərbaycan sessiyasında çıxış edən nazir müavini qeyd edib ki, Gürcüstan nümayəndələrinin bu formatda iştirakı özlərindən asılıdır: “Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə “3+3” platforması çərçivəsində real iştirak edir.

Gürcüstan üçün də qapılar belə qarşılıqlı fəaliyyətə açıqdır”, Mixail Qaluzin deyib. O, həmçinin əlavə edib ki, məhz bu format Cənubi Qafqaza təhlükəsizlik və sabitlik gətirə bilər.

//Samir Qurbanov, Editor.az