Rusiya: Haniyənin öldürülməsi HƏMAS və İsrail arasında aparılan danışıqlara zərbədirbackend

Rusiya: Haniyənin öldürülməsi HƏMAS və İsrail arasında aparılan danışıqlara zərbədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzzada saxlanılan girovlarla bağlı hərəkatla İsrail arasında aparılan danışıqlara zərbədir”.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Bu təxribatçı hücum HƏMAS lideri İran İslam Respublikasının seçilmiş prezidentinin andiçmə mərasimində iştirak etmək üçün rəsmi dəvət əsasında İranda olarkən həyata keçirilib”, – deyə Polyanski sözlərini belə davam etdirib. Bu siyasi sui-qəsdin arxasında duranlar onun nəticələrinin bütün region üçün nə qədər təhlükəli ola biləcəyindən xəbərdar olmalı idilər. İlk növbədə, İsmayıl Haniyənin birbaşa iştirak etdiyi Qəzza zolağında atəşkəs əldə etmək məqsədi daşıyan Həmas və İsrail arasında aparılan vasitəçilik danışıqlarına ciddi zərbə vurulur.

//Gülnarə Abasova, Editor.az