Volqoqrad hava limanında mülki aviasiya reyslərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bu barədə məlumat “Rosaviasiya”nın rəsmi Telegram kanalında yer alıb.
Bildirilib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava limanına təyyarələrin gəlişi və gedişi məhdudlaşdırılıb. Məlumata görə, qərar mülki təyyarələrin təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.
Məhdudiyyətlərin nə vaxta qədər qüvvədə olacağı ilə bağlı əlavə açıqlama verilməyib.
Qeyd edək ki, açıqlama Rosaviasiyanın nümayəndəsi Artem Korenyakoya istinadən yayımlanıb.
//Samir Qurbanov, Editor.az