Rusiya hazırdır, Ukrayna az hazırdır – Donald Tramdan gözlənilməz açıqlamabackend

Rusiya hazırdır, Ukrayna az hazırdır – Donald Tramdan gözlənilməz açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp “Reuters” agentliyinə verdiyi müsahibədə Vladimir Putinin Ukrayna ilə bağlı razılığa gəlməyə hazır olduğuna inandığını, Ukraynanın isə buna daha az hazır olduğunu deyib. ABŞ-ın liderliyində aparılan danışıqların İkinci Dünya Müharibəsindən bəri Avropanın ən böyük münaqişəsini niyə hələ də həll etmədiyi soruşulduqda, Tramp qısaca “Zelenski” cavabını verib.

Agentlik hesab edir ki, bu şərh Trampın Ukrayna prezidentindən yenidən narazılığını göstərir. Zelenskinin danışıqlarda niyə gecikdiyi soruşulduqda, Tramp Ukrayna prezidentinin “buna nail olmağın çətin olduğuna” inandığını söyləyib.

“Reuters” qeyd edir ki, bu ritorika Moskvanın Ukraynadakı müharibəyə son qoymaqda az maraqlı olduğunu daim iddia edən Avropa müttəfiqlərinin mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Eyni zamanda, Tramp gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Zelenski ilə görüşü istisna etməyib.

//Samir Qurbanov, Editor.az