Rusiya həbçiləri Donbasdan çıxır?backend

Rusiya həbçiləri Donbasdan çıxır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donbasdakı Rusiya hərbçilərinin “narahatçılıqları” böyüyür. Onlar artıq müvəqqəti olaraq ələ keçirdikləri Luqanskdan hərbçilərin təxliyəsinə başlayıblar.

Editor.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müəyyən yaşayış məntəqələrində rus əsgərlərinin getdikcə daha az-az göründüyünü bildirir: “Mövcud məlumata görə, Luqanskın Rusiyanın işğalçı administrasiyası Rusiya Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun hərbçilərinin ailələrini şəhərdən Rusiya ərazisinə təxliyə edib”, – deyə hesabatda bildirilir.

Baş Qərargah həmçinin bildirir ki, 10 gün ərzində Luqansk vilayətinin bəzi yaşayış məntəqələrində düşmənin şəxsi heyətinin sayında azalma müşahidə olunub. Bundan əlavə, Rusiya Federasiyasının peşəkar hərbçiləri arxa cəbhəni tərk etməyə qorxur, döyüşlər gedən xətlərdə qalmamağa çalışır və buraya səfərbərliyə cəlb edilmiş rusları göndərirlər.

 //Samir Qurbanov, Editor.az