Rusiya hədələdi: ya sülh danışıqları, ya da döyüş meydanında məğlubiyyətbackend

Rusiya hədələdi: ya sülh danışıqları, ya da döyüş meydanında məğlubiyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, silah tədarükü, yeni sanksiyalar və digər tədbirlər Ukraynanın hərbi məğlubiyyətinin qarşısını almayacaq.

O, bunu BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib: “Seçim indi Ukraynanın ixtiyarındadır: danışıqlar nəticəsində sülh, yaxud da döyüş meydanında qaçılmaz məğlubiyyət”, – deyə bəyanatda bildirilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqların ikinci raundunun keçirilməsi ilə bağlı Rusiyanın təklifini açıqlayıb. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfinə münaqişənin səbəblərinin aradan qaldırılmasının bütün aspektlərini əhatə edən memorandumu təhvil verəcək.

//Samir Qurbanov, Editor.az