Rusiya hələlik Finlandiyanın qazını kəsirbackend

Rusiya hələlik Finlandiyanın qazını kəsir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiya mayın 21-i səhər saatlarından Finlandiyaya qaz ixracını dayandıracaq.

Bu barədə Editor.az Finlandiyanın “Gasum” dövlət enerji şirkətinin məlumatına istinadən xəbər verir. “Cümə günü “Qazprom Export” MMC Finlandiyaya təbii qazın tədarükünün 21 may 2022-ci il tarixində səhər saat 4-də dayandırılacağı ilə bağlı “Gasum”a xəbər verib”, – şirkətin açıqlamasında deyilir. “Gasum”un baş direktoru Mika Viljanenin sözlərinə görə, şirkət bu vəziyyətə hazır idi. Yay mövsümündə o, təbii qazı Estoniyanın Balticconnector boru kəməri ilə təmin edəcək.

Yanacaqdoldurma məntəqələri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Çərşənbə axşamı, mayın 17-də “Gasum” Qazpromun tələb etdiyi kimi, qazın pulunu rublla ödəməyəcəyini açıqlayıb. Bundan başqa, şirkətlər arasında digər məsələlərdə də ciddi fikir ayrılıqları var. “Gasum” müqavilə mübahisələrini arbitraja təqdim etmək niyyətindədir. Qeyd edək ki, Finlandiya 45 ildən artıqdır ki, Rusiyadan təbii qaz idxal edir. 2015-ci ilin dekabrında iki ölkə arasında müqavilənin müddəti 31 dekabr 2031-ci ilə qədər uzadılıb.

  Editor.az