Rusiya helikopteri qəzaya uğradı – Ölən varbackend

Rusiya helikopteri qəzaya uğradı – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi hadisə ilə əlaqədar açıqlama yayıb.

Qeyd edilib ki, Rusiya Aerokosmik Qüvvələrinin Mi-35 helikopteri Suriyaya təcili eniş edib: “Mi-35 helikopterinin heyəti dərhal axtarış və xilasetmə xidməti tərəfindən aerodroma gətirilib”.

Nazirlik hadisənin texniki problemlər səbəbindən baş verib-verməməsinə də aydınlıq gətirib. Bildirilib ki, helikopterə atəş açılmadığı müəyyən edilib.

Suriyanın Haseke şəhərindəki Tel-Tamer qəsəbəsinin şimal-qərbində Rusiyaya məxsus helikopterin qəzaya uğraması ilə bağlı xəbər yayılıb.

 

Publika.az-ın məlumatına görə, helikopterin Tel-Tamer qəsəbəsi yaxınlığında yerləşən Rihaniyyə və Qasımiyyə kəndləri arasındakı bölgəyə düşdüyü iddia edilib.

Hadisə nəticəsində helikopterin pilotu həlak olub.

Sözügedən bölgə Türkiyə ilə sərhədə yaxınlığıyla tanınır.