Rusiya hakimiyyəti HƏMAS və “İslami Cihad” da daxil olmaqla 14 təşkilatı Moskvada keçiriləcək “Fələstin görüşü”nə dəvət edib.
Editor.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov deyib. “Biz bütün Fələstin nümayəndələrini – Suriya və Livan da daxil olmaqla, müxtəlif ölkələrdə və regionun digər ölkələrində mövqeləri olan bütün siyasi qüvvələri dəvət etdik”. XİN rəhbərinin müavini qeyd edib ki, “Fələstin görüşü”nün tərkibi əvvəlki iki illə təxminən eynidir – 12-dən 14-ə qədər təşkilat.
HƏMAS və “İslami Cihad” istisna olmaqla, onların hamısı Fələstin Azadlıq Təşkilatının bir hissəsidir. Qeyd edək ki, “Fələstin görüş”ü fevralın 29-dan martın 1-2-dək baş tutacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 13-də Valday Beynəlxalq Diskussiya Klubunun XIII Yaxın Şərq Konfransında Fələstin üzrə danışıqların Moskvada keçirilməsini təklif edib.
//Samir Qurbanov, Editor.az