Rusiya Federasiyasında irimiqyaslı meşə yanğınları səngimir. Ölkənin Saxa (Yakutiya) Respublikası ərazisində 13 rayonda 98 təbii yanğın var. Avqustun 7-də səhər saatlarına olan məlumata görə, 120 min hektardan çox meşə sahəsi yanğına qərq olub.
Editor.az Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxa Respublikası (Yakutiya) üzrə baş idarəsinin məlumatına istinadən xəbər verir ki, “yanğınlarla bağlı ən çətin vəziyyət 60 ocağın qeydə alındığı Aldan, Olekminski və Ust-Mayski rayonlarındadır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri 38 meşə yanğınının aktiv olduğu Olekminsk və Ust-Mayski vilayətlərinə cəlb olunub.
Kosmik monitorinqin nəticələrinə görə, Ust-Mayski və Olekminski rayonlarının 11 yaşayış məntəqəsində tüstülənmə müşahidə olunub”, – baş idarəsə bildirir.
İyulun ortalarında Yakutiya və Xabarovsk diyarında meşə yanğınları ilə əlaqədar regionlararası fövqəladə vəziyyət rejimi tətbiq edilib. İyulun sonunda isə 400 min hektardan çox sahədə yanğınlar qeydə alınıb.
//Samir Qurbanov, Editor.az