Rusiya hərbçiləri dünya çempionunu idman zalında güllələdi – FOTObackend

Rusiya hərbçiləri dünya çempionunu idman zalında güllələdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrpenə daxil olan Rusiya ordusunun hərbçiləri məşhur uşaq boks məşqçisi Aleksey Djunkivskini öldürüblər.

Editor.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb.

Mərhumun yaxınlarının dediyinə görə, A.Djunkivski məşq zamanı idman zalında güllələnib.

Qeyd edək ki, Aleksey Djunkivski 4 dəfə hərbi qulluqçular arasında dünya çempionatının qalibi olub.

Karyerasını başa vurduqdan sonra uşaq məşqçisi olub və bir çox məşhur boksçular yetişdirib.

Məktəblilər arasında 2016-cı il Avropa çempionu Oleq Laquta və 2015-ci il Avropa çempionatının gümüş mükafatçısı Vladislav Marçuk da onun yetirmələridir.