Rusiya hərbçiləri məktəbi atəşə tutdu: 3 ölübackend

Rusiya hərbçiləri məktəbi atəşə tutdu: 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçilərinin Severodonetskdə məktəbi atəşə tutması nəticəsində azı 3 nəfər həlak olub.

Editor.az bildirir ki, bu haqda Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday Telegram-da məlumat verib.

“Səhər artilleriyadan ruslar insanların sığındığı Severodonetsk məktəbini atəşə tutdular. 200-dən çox insan, çoxlu uşaq. Üç böyük hadisə yerində öldü”, – o yazıb.

Luqansk vilayətinin polisi insanları başqa sığınacağa daşımağa çalışır.

Qayday hələ də şəhərdə qalan hər kəsi sığınacaqları tərk etməməyə çağırıb.