Rusiya hərbi hissələrinin birində yanğın baş veribbackend

Rusiya hərbi hissələrinin birində yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 12-də Stavropolda Rusiya hərbi hissəsində yanğın baş verib.

Editor.az bildirir ki, bu barədə rəsmi mənbələr və “Baza” Telegram kanalı məlumat yayıb. Səlahiyyətlilər heç kimin xəsarət almadığını iddia edir.

“Yanğın Stavropoldakı hərbi hissədə baş verib, itki yoxdur”, – deyə şəhər rəhbəri Ulyançenko bildirib. İlkin məlumatlara görə, hərbi hissənin qərargahı yanıb. Yanğın birinci mərtəbədə başlayıb və bundan sonra insanlar təxliyə edilib. Daha sonra səlahiyyətlilər yanğının qarşısının alındığını və ofislərdən birində qısaqapanma nəticəsində baş verdiyini bildiriblər.

//Samir Qurbanov, Editor.az