Rusiya hərbi müdaxilə etməyə məcbur olacaq – Korotçenkobackend

Rusiya hərbi müdaxilə etməyə məcbur olacaq – Korotçenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibənin başlanacağını istisna etmirəm.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. Onun sözlərinə görə, bu, Ukrayna tərəfinin radikal fəaliyyətləri halında mümkündür.

O, Kiyevin Rusiya ilə sərhədə yaxınlaşacağı halda Moskvanın Donbasa hərbi yardım göstərməkdən başqa çıxış yolunun qalmayacağını bildirib:

“Bu halda Rusiyanın fəaliyyətləri Ukraynanı sülhə məcbur etmək əməliyyatlarından ibarət olacaq. Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna müqavimət göstərə bilməyəcək və bir müddət sonra Ukraynanın yeni sərhədi Dnestrdan keçəcək”.

Korotçenko Ukraynaya qarşı Rusiyanın əməliyyatlarının onun Qərblə münasibətlərini kəskinləşdirəcəyini deyib:

“Buna SWIFT sisteminin söndürülməsi, Rusiyanın Qərbdəki aktivlərinin bloklanması, genişmiqyaslı soyuq müharibə, “Karib böhranı-2” kimi variantları nəzərə alaraq hazır olmaq lazımdır. Rusiya elitası buna hazırlaşmalıdır. Bu cür dönüşlərə Rusiya iqtisadiyyatı da hazırlaşmalıdır. Rusiya yeni hərbi-siyasi ittifaqları nəzərdən keçirməli olacaq”.