Rusiya hərbi texnikası beynəlxalq silah sərgisində biabır oldubackend

Rusiya hərbi texnikası beynəlxalq silah sərgisində biabır oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya öz silahlarını beynəlxalq sərgilərdə reklam etməyə çalışır. lakin Ukraynaya qarşı müharibədə rusların böyük itkiləri Rusiya silahlarının texnoloji cəhətdən geri qalmasına işarə edir.

Editor.az bildirir ki, bu barədə Britaniya kəşfiyyatının yeni xülasəsində deyilir. Britaniyalılar qeyd edirlər ki, Rusiya müdafiə müəssisələri Ukraynadakı müharibəyə baxmayaraq, iri beynəlxalq silah sərgilərində iştirak etməkdə davam edir. Belə tədbirlərdən birində ruslar bu yaxınlarda zirehli texnikanın sağlamlıq qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş “Arena-E” aktiv müdafiə sistemi ilə öyünməyə çalışıblar.

Reklam bukletində iddia edilir ki, bu kompleks “zirehli texnikalar üçün ən təhlükəli təhdidləri dəf etmək istəyirsinizsə, zireh və ekipajınıza dəyər verirsinizsə, sizə “Arena-E” lazımdır”. Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiya artıq Ukraynada 5 mindən çox müxtəlif zirehli texnika itirib, lakin onun döyüş maşınlarında aktiv müdafiə sistemlərindən istifadə edildiyinə dair bir dənə də olsun dəlil yoxdur:

“Bu, yəqin ki, Rusiya sənayesinin geniş miqyasda yüksək texnoloji sistemlər istehsal edə bilməməsi ilə bağlıdır və bu problem beynəlxalq sanksiyaların təsiri ilə daha da dərinləşir”, – britaniyalılar bildirirlər.

 //Samir Qurbanov, Editor.az