Rusiya hərbi təyyarəsi Finlandiya hava məkanına daxil oldu və 2 dəqiqədən çox uçdubackend

Rusiya hərbi təyyarəsi Finlandiya hava məkanına daxil oldu və 2 dəqiqədən çox uçdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 10-da səhər saatlarında Rusiya hərbi təyyarəsi Baltik dənizində Finlandiya hava məkanına 2 km-dən çox dərinliyə uçub.

Editor.az bildirir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb: “Bu səhər Rusiya hərbi təyyarəsi Finlandiya körfəzi sahillərində Finlandiya hava məkanını pozub. Təyyarə təxminən iki dəqiqə Finlandiya hava məkanında, Finlandiya ərazisinin 2,5 km dərinliyində olub.

Finlandiyanın müdafiə naziri Antti Hakkänen, “Biz bu iddia edilən ərazi pozuntusunu ciddi qəbul edirik və araşdırmaya başladıq” deyib. Helsinki vurğulayıb ki, Rusiya aviasiyası tərəfindən Finlandiya hava məkanının əvvəlki təsdiqlənmiş pozulması 2022-ci ilin avqustunda iki rus qırıcısının Finlandiya körfəzində Finlandiya ərazisinə uçduğu vaxt olub.

//Samir Qurbanov, Editor.az