Rusiya hipersəs raketləri ilə Ukraynaya hücum edirbackend

Rusiya hipersəs raketləri ilə Ukraynaya hücum edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya hipersəs raketləri ilə hücumları nəticəsində azı 9 nəfər həlak olub.

Editor.az xarici mediaya istinadən bildirir ki, Zaporojya Atom Elektrik Stansiyasının da elektrik enerjisi həmin hücumlara görə kəsilib.

“Biz Ukraynanın hərbi infrastrukturunun əsas elementlərini havadan, dənizdən və yerdən uzaqmənzilli silahlarla, o cümlədən “Kinjal” hipersəs raket sistemi ilə vurduq”,-deyə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

BBC-nin məlumatına görə, Ukrayna ordusu 34 qanadlı raketi və İran istehsalı olan 4 pilotsuz təyyarəni vurub. Bununla belə, rəsmilər Kinjal ballistik raketlərini, Kh-22 gəmi əleyhinə raketləri və “S-300″ zenit raketlərini məhv edə bilməyəcəklərini də bəyan ediblər.

Obyektdə elektrik enerjisinin kəsilməsi sonradan aradan qaldırılıb. Lakin həlli təmin olunana qədər elektrik stansiyası dizel generatorları ilə işləyəcək. Elektrik stansiyasındakı radioaktiv materialları soyutmaq üçün elektrik lazımdır.

“Bugünkü enerji itkisi Zaporojya AES üçün vəziyyətin nə qədər təhlükəli olduğunu bir daha göstərdi”-deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi vurğulayıb.

//Safura Bənnayeva, Editor.az